“Porto” uduzub, 1/8 finala çıxdı
23.02.2011 - 22:55
“Porto” uduzub, 1/8 finala çıxdı
Avropa Liqasında 1/8 finala yüksələn daha bir komanda bəlli olub. Apasport.az saytının xəbərinə görə, “Porto” öz meydanında “Sevilya”ya 0:1 hesabı ilə uduzsa da, növbəti mərhələyə çıxıb.

Belə ki, portuqaliyalılar İspaniyadakı qarşılaşmada qalib gəldiyindən (2:1) mübarizəni davam etdirəcək. Onların 1/8 finalda rəqibi Moskva MOİK-i olacaq.