“Xəzər Lənkəran”ın sabiq futbolçusu Braziliyanı çaşbaş qoydu
24.02.2011 - 10:27
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Braziliyanı çaşbaş qoydu
“Xəzər Lənkəran” klubu Braziliya mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar Lənkəran təmsilçisinin sabiq futbolçusu Juninyonun özünə yeni komanda tapdığını iddia edir. Onlar aşağı dəstədə çıxış edən “Sentral” klubunun 36 yaşlə yarımmüdafiəçini “Xəzər Lənkəran”dan transfer etdiyini iddia edir. Söhbət də Juninyo Petrolinadan gedir. Daha çox “Belenenseş” və “Beyra Mar”daki çıxışları ilə tanınan braziliyalı ulə bağlı bütün məlumatlarda onun 2010-cu ildə Azərbaycana gəldiyi 25 oyuna 13 qol vurduğu və bu qış vətəninə qayıtdığı qeyd olunur. Hərçənd “Xəzər Lənkəran”ın tarixində 1 Juninyo olub. Bu da 2007-10-cu illərdə daha çox matçda daha çox qol vuran Junior Osvaldo Martinsdir. Adaşından gənc olan bu yarımmüdafiəçi isə hələ ötən ilin yayında “Bakı”ya keçib. Görünür Braziliyada o qədər Juninyo var ki, “sambaçıların özləri də onları səhv salır.