Bu da son: “Altılıq qatarı” sonuncu sərnişinini gözləyir
24.02.2011 - 10:59
Bu da son: “Altılıq qatarı” sonuncu sərnişinini gözləyir
Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulur. Apasport.az saytının məlumatına görə, sabah startı veriləcək XXII turun oyunları ilə mübarizənin ilkin mərhələsinə yekun vurulacaq və az sonra “altılıq” həyəcanı başlayacaq. Düzdür, bunadək Azərbaycan kubokunun ¼ final oyunlarının keçirilməsini də nəzərə almalıyıq və çempionatda həlledici mərhələyə martın 12-də start veriləcək.

“Altılıq” iştirakçılarına böyük ölçüdə aydınlıq gəlib ki, yalnız son vəsiqənin sahibi dəqiqləşməyib. Bu, ya “Bakı”, ya da “Qəbələ” olacaq. Ən real şans birincilərdədir. Çünki “Qəbələ”dən fərqli “Bakı”nın taleyi öz əlindədir. Son ölkə kubokunun qalibinə “altılığ”a düşmək üçün AZAL-la səfər oyununda uduzmamaq da yetərlidir. Yəni “Bakı” 1 xal, “Qəbələ” qələbə qazansa, xallar bərabərləşəcək və paytaxt klubu şəxsi oyunların hər ikisində qalib gəldiyindən, üstün durumda olacaq. Ancaq “zolaqlılar” cari çempionatın debütündə evdə AZAL-a uduzduğundan, həm bunun əvəzini çıxmalı, həm də lazımı qələbə sayəsində, həmşəhərlilərini turnir cədvəlində arxada qoymalıdır.

AZAL-a qələbəsinə ümid edən “Qəbələ” isə istənilən halda, evdə “Gəncə”yə qalib gəlməlidir. Bu komandalar tarixlərində 2-ci dəfə görüşəcək və Gəncədəki görüşün 0:0 nəticələndiyini nəzərə alsaq, hələ ki qol vurulmayıb.

“Qarabağ”la “Turan” son 2 ayda 2-ci Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda görüşəcək. Ötən ilin dekabrındakı oyun ölkə kubokunun 1/8 final mərhələsinə təsadüf edirdi. Bir görüşdən ibarət mübarizədə qalib mütləq müəyyənləşməli olduğu halda, nə əsas, nə də əlavə vaxtda qapılara top vuruldu. Oyun sonrası penaltilər seriyasında isə “Turan”ın qapıçısı Kamal Bayramov inamlı oyun göstərərək, 2 zərbəni dəf etdi və komandasını ¼ finala çıxardı. İndi “Qarabağ” “Turan”dan ölkə kubokundakı məğlubiyyətin əvəzini çıxmalıdır. Ağdamlılara qələbə həm də ona görə vacibdir ki, turnir cədvəlində 3-cü pilləyə yüksəlmək şansı var. Çünki turun mərkəzi oyunu olan “İnter” – “Xəzər Lənkəran” görüşündə meydan sahiblərinin xal itirməsi mümkündür. Bu zaman “Qarabağ” 3-cü pilləni ələ keçirərək, “İnter”i 4-cü yerə yuvarlayacaq.

Təbii ki, “İnter”lə “Xəzər Lənkəran”ın hər ikisi qələbə vacib olduğundan, heç-heçə onları qane etməyəcək. Lənkəranlılar “altılığ”a vahid lider kimi çıxmaq istəsə də, bu, real görünmür. Çünki ondan 1 xal irəlidə olan “Neftçi”ni son turda asan sınaq gözləyir. Turnir cədvəlində ilk və son pillədə gedən komandaların duelində qüvvələr nisbətində böyük fərq var. Buna görə də məğlubiyyətləri sıralayan MOİK-in “Neftçi” ilə görüşdə xal qazanması möcüzəyə bərabərdir.

İlə uğurlu start götürərək, uduzmayan, 4 xal yığan “Muğan”ın seriyasını davam etdirməsi realdır. Çünki rəqib sondan əvvəlki pillənin sahibi “Simurq”dur. Zaqatalalıların xeyrinə olan amil evdə oynamasıdır. “Muğan”ın bu il hər 2 qolunun müəllifi olan Elşən Məmmədov ona tanış publika qarşısına çıxacaq. Axı təcrübəli hücumçu uzun müddət “Simurq”da oynayaraq, ötən yay oradan Salyan klubuna keçdi.

25 fevral

14:00. "Qarabağ" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0

16:00. AZAL - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 3:2

16:00. "Neftçi" - MOİK
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 4:0

27 fevral

14:00. "Qəbələ" - "Gəncə"
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

14:00. "Simurq" - "Muğan"
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 0:1

16:00. "İnter" - "Xəzər Lənkəran"
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:0

Turnir cədvəli

1

Neftçi

21

13

6

2

39-9

45

2

Xəzər Lənkəran

21

13

5

3

25-11

44

3

İnter

21

12

4

5

23-13

40

4

Qarabağ

21

12

3

6

25-13

39

5

AZAL

21

9

8

4

27-16

35

6

Bakı

21

9

5

7

28-21

32

7

Qəbələ

21

8

6

7

19-14

30

8

Muğan

21

6

6

9

13-23

24

9

Gəncə

21

5

8

8

23-27

23

10

Turan

21

3

6

12

16-30

15

11

Simurq

21

2

6

13

12-33

12

12

MOİK

21

1

3

17

6-46

6


Bombardir: Bahodir Nasimov ( Neftçi ) - 15