“Arsenal”ın futbolçusu meydanda öldü
24.02.2011 - 12:05
Ukraynanın “Arsenal” klubu “ölüm kabusu” ilə üzləşib. Apasport.az saytının məlumatına görə, kiyevlilər artıq 3-cü dəfədir futbolçularının ölümünə üzülür.
Belə ki, “Arsenal”ın “Yedinost”la yoldaşlı oyunu zamanı faciə baş verib. Müqavilə ilə sonunculara məxsus olan, lakin baxışda olduğu paytaxt təmsilçisində forma geyinən Oleq Qriçak matç zamanı dünyasını dəyişib.
“Arsenal”ın əvəzedici komandasının baxışa çağırdığı 19 yaşlı gənc 70-ci dəqiqədə meydana daxil olub. Lakin onun meydanda olduğu 13-cü dəqiqə onun üçün nəhs olub.
Yerə yıxılan futbolçu bir də ayağa qalxmayıb. Onun ölümünün səbəbi hələ müəyyənləşməyib. Komandasında onun sağlamlıqla bağlı problemi olmadığı bildirilir.
Qeyd edək ki, “Arsenal”da futbolçuların ölümü adi hala çevrilib. 2004-cü ilin yanvarında 23 yaşlı Şalva Alxazava yuxudan ayılmamışdı. 1 ay sonra isə Krımdakı məşq zamanı Andrey Pavitskinin ürəyi dayanmışdı.

0
0