“Mirça Rednikə sübut edəsi heç nə yoxdur” - MÜSAHİBƏ
24.02.2011 - 12:14
“İnter”in futbolçusu Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran”la Premyer Liqanın XXII turunun oyunu haqda fikirlərini açıqlayıb.
- Mövsümlərarası transfer dönəmində “Xəzər Lənkəran”a keçdiniz, ancaq yenidən “İnter”ə qayıtdınız. Buna nə səbəb oldu?
- “Xəzər Lənkəran”a məni Ağasəlim Mircavadov aparmışdı. Sonradan onun yerinə yeni məşqçi gəldi. Görünür, oyun tərzim yeni məşqçinin xoşuna gəlmədi. Nəticədə məni transferə çıxardılar və mən də “İnter”ə qayıtmaq qərarına gəldim.
- Qarşıda “İnter”i məhz son zamanlar heyətində oynadığınız “Xəzər Lənkəran”la matç gözləyir. Bu məqam qarşıdakı oyunu sizin üçün xüsusi əhəmiyyətli edirmi? Lənkəranlıların baş məşqçisi Mirça Rednikə nəsə sübut etmək istəyirsiniz?
- Xeyr, sübut ediləsi heç nə yoxdur. Mən, sadəcə, oyuna xüsusi hazırlaşıram və mənim üçün adi qarşılaşma olacaq. Matç isə Azərbaycan çempionatının qalan digər oyunları kimi özünə görə vacibdir.
- Siz “Xəzər Lənkəran”ı daxildən yaxşı tanıyırsınız. Yəqin komandanın zəif tərəflər ilə də tanışsınız. Qarşıdakı oyunda bunlardan istifadə etməyi düşünürsünüzmü?
- Bilirsiniz, “Xəzər Lənkəran” daim dəyişir, buna görə də, komanda haqqında başqalarının bildiyi qədər məlumatlıyam.
- Yeri gəlmişkən, son zamanlar icarəyə verilmiş hansısa futbolçunun razılığa əsasən keçmiş komandasına qarşı meydana çıxmaması halları artıb. Sizin icarə müqaviləndə belə maddə var?
- Xeyr, mənim müqaviləmdə belə maddə yoxdur. “Xəzər Lənkəran”a qarşı oynaya bilərəm.
- Lənkəranlılarla oyun barədə nə düşünürsünüz? Komandanın şansını necə qiymətləndirirsiniz?
- Bizim üçün çox çətin olacaq, axı, “Xəzər Lənkəran” kifayət qədər güclü komandadır. Ancaq onu deyə bilərəm ki, komandaların qalib gəlmək şansı bərabərdir. Əminəm ki, bizi çox maraqlı oyun gözləyir.

0
0