Serbiyalı futbolçu Azərbaycandakı stadionun ot örtüyündən şikayətlənir
24.02.2011 - 13:59
“Azərbaycan Premyer Liqasında debüt matçımda bir qədər həyəcan vardı. Amma bu, o demək deyil ki, özümə inanmırdım. Fikrimcə, pis oynamadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Bojan Pavloviç deyib.
Azərbaycan Premyer Liqasında debüt edən serbiyalı qapıçı klubun rəsmi saytına açıqlamasında ötən turun “Gəncə” və təsnifat mərhələsinin sonuncu matçı olan “Turan”la qarşılaşmalar haqda danışıb: “Qurtarışlarıma gəlincə, qapıçının əsas işi qol buraxmamaqdır. Mən də öz işimi görmüşəm. İlk oyunda qapını toxunulmaz saxladığım üçüm şadam. Komandamızın qələbəsi də çox vacib idi. Axı, meydanın vəziyyəti heç də ideal deyildi. İndi qarşıda “Turan”la oyun var. Rəqib alt sıralarda qərarlaşsa da, bilirəm ki, kubokda onlara məğlub olmuşuq. Ona görə də təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq. Qələbə qazanıb, final mərhələsinə yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik”.

0
0