Geyiminə bax, yaxud Azərbaycan futbolunun “bərkgedənləri”
24.02.2011 - 16:20
Maraqlıdır, görəsən hansı formanı geyinməklə, Azərbaycan futbolunda uğur qazanmaq olar? Hansı şirkətin geyimləri Premyer Liqamızda dəbdədir? Məşhur firmalar hansı komandanı zirvəyə daşıyır?
Apasport.az saytı bu məsələni araşdıraraq, təsnifat mərhələsinin son turu ərəfəsində müəyyən qənaətə gəlib. Peşəkar Futbol Liqasının rəsmi internet səhifəsi klubların iştirak ərizələrini təqdim edərkən, həmin firmaların da adlarını açıqlayıb. Qalır təkcə bu firmaların göstəricilərini ümumiləşdirmək ki, bunu da apasport.az edib.
İlk növbədə Premyer Liqa klublarının 3 yerə bölündüyünü demək olar. Birinci qrup “Adidas”a güvənənlər, ikincisi “Umbro”nu seçənlərdir. Bunların hərəsində 4 komanda qərarlaşıb. Yerdə qalan 4 komanda isə hamıdan fərqlənənlərdir. Bir sözlə, 6 şirkət 12 komandanı geyindirir. Lakin onların məhsulunun keyfiyyəti kimi klubların da nəticələri fərqlidir.
Lakin “Adidas”ın səviyyəsi aşkar görünür. Son mövsümün çempionu “İnter”, son avrokubokların qəhrəmanı “Qarabağ” və 2 ən titullu komandamız “Neftçi”ylə “Gəncə” məhz bu firmaya güvənir. Bu 4 komandadan 3-ü turnir cədvəlinin ilk “dördlüy”ündə qərarlaşıb. “Adidas” geyənlər matçların 50 faizində qələbə qazanır.
“Umbro”nun nüfuzunu isə yalnız AZAL qoruya bilir. Onlar ilk “altılıq”da oynayacaqsa, digər 3 komandanın 1 məqsədi var: Premyer Liqada qalmaq. Lakin “umbro”çuların ikisi aşağı dəstəyə “uçacaq”.
Digər 4 firmaya gəlincə, “Puma” və “Kappa”nın çəkisi daha ağır görünür. Düzdür, sonuncuların təmsilçisi olan “Bakı” hələ “altılığ”a vəsiqəni təmin etməyib. Lakin “zolaqlılar” bunun biraddımlığındadır ki, “Lotto”nu kənarda qoysun. “Altılıq”da komandası olmayacağı rəsmiləşən yeganə firma isə “Legea”dır.

FİRMA | SAY | KLUBLAR | O | Q | H | M | TOP | X |
Adidas | 4 | “İnter”, “Qarabağ”, “Neftçi”, “Gəncə” | 84 | 42 | 21 | 21 | 110-62 | 147 |
Umbro | 4 | AZAL, “Simurq”, “Turan”, MOİK | 84 | 15 | 23 | 46 | 61-125 | 68 |
Puma | 1 | “Xəzər Lənkəran” | 21 | 13 | 5 | 3 | 25-11 | 44 |
Kappa | 1 | “Bakı” | 21 | 9 | 5 | 7 | 28-21 | 32 |
Lotto | 1 | “Qəbələ” | 21 | 8 | 6 | 7 | 19-14 | 30 |
Legea | 1 | “Muğan” | 21 | 6 | 6 | 9 | 13-23 | 24 |
0
0