“AZAL-ı yaxşı tanımağımın faydasını indi yox, oyundan sonra demək olar”
24.02.2011 - 17:19
“AZAL-la oyunun mənim üçün prinsipiallığı yoxdur. Sadəcə, yaxşı tanıdığım keçmiş komandamla görüşəcəyəm. İndi isə “Bakı”da çalışdığımdan, bu komandanın uğuru haqda düşünürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun məşqçisi Novruz Əzimov deyib.
“Bakı” hələ “Dinamo” adlandığı dövrdən bu klubun sıralarında olan, hətta baş məşqçi də işləyən Əzimov 2006-cı ildə “Olimpik”ə keçdi. Ondan bu yana “təyyarəçilər”də baş məşqçinin köməkçisi işləyən 51 yaşlı çalışdırıcı qış fasiləsində “Bakı”ya qayıtdı.
Sabah “zolaqlılar”ı ilk mərhələnin son turunda AZAL-la vacib oyun gözləyir. Axı “Bakı”nın “altılığ”a düşməsi perspektivinə məhz “Şəfa” stadionunda böyük ölçüdə aydınlıq gələcək. Komandaya 1 xal da yetərli olsa da, meydana yalnız bunun üçün çıxmaq risklidir.
Elə Əzimov da bununla razılaşır: “Əlbəttə, biz meydana yalnız qələbə üçün çıxacağıq. AZAL yaxşı komandadır. Mən onun son turda “Xəzər Lənkəran” səfər görüşünü izlədim. Onu deyim ki, AZAL-ın oyunu xoşuma gəldi. Xüsusilə, müdafiədə yaxşı təsir bağışladılar. Bu mənada bizi də çox çətin sınaq gözləyir. Ağır oyun olacaq. Nəticə qazanmaq üçün qol vurmaq lazımdır”.
Sözsüz ki, Starkov ölkəmizdə yeni olduğundan, AZAL-ı Əzimovdan yaxşı tanıya bilməz. Bu mənada latviyalı mütəxəssis azərbaycanlı köməkçisinin məsləhətlərindən yararlanmalıdır: “Biz Starkovla Türkiyə təlim-məşq toplanışında AZAL-ın oyununa birgə baxmışıq. O, rəqibi gördüyündən, öz fikirləri var. Əlbəttə, məsləhətləşmələrimiz olur. Qarşımızda “altılığ”a çıxmaq vəzifəsi durur və AZAL-la oyunda xal ehtiyatımızı artırıb, məqsədimizə çatmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Uğurlu nəticə haqda düşünürük. Fikrimcə, şanslar eynidir. AZAL-ı yaxşı tanımağımın faydasına gəlincə, bunu indi yox, oyundan sonra demək olar”.
Qeyd edək ki, Əzimov “Bakı”da işlədiyi 2004-06-cı illərdə komanda əvvəlcə ölkə kubokunun qalibi, növbəti mövsüm çempion olub.

0
0