Pavel Doroşev : Aleksandr Starkov mənə qiymət verə bilər
25.02.2011 - 00:00
“Yığmamızın baş məşqçisi Aleksandr Starkovla qış fasiləsində Türkiyədə yolumuz kəsişdiyindən, görüşmək imkanımız oldu. Mən Latviya millisinə çağırılmaq perspektivi ilə bağlı onunla danışmışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun latviyalı qapıçısı Pavel Doroşev deyib.
Ölkəmizdə oynadığı 3 ildə milli komandasına çağırılmayan təcrübəli qapıçı Aleksandr Starkovun ölkəmizə gəlişindən sonra ümidlənib.
Qış fasiləsindən sonra “Bakı” klubunu çalışdıran latviyalı mütəxəssis millidə əsasən Andrey Vaninlə Aleksandr Kolinkoya bel bağlayır. Doroşev bu seçimi dəstəkləyir: “Yığmamızda qapıda güclü rəqabət var. “1 nömrə” olan Vanin çox güclü qapıçıdır. O, İsveçrənin “Syon” klubunda oynayır. İndi 2-ci qapıçı olan Kolinko uzun illər Latviya yığmasının əsas qapıçısı olub. Çox təcrübəlidir, millimizlə hələ 2004-cü ildə Avropa çempionatının seçmə mərhələsinə çıxıb. 30 yaşım var və 3-cü qapıçı kimi çağırılmağım məqsədəuyğun olmazdı. Sadəcə, yoldaşlıq görüşlərinə çağırılıb, sınana bilərəm. Əgər Starkov mənə güvənmirsə, deməli, ehtiyac duymur, kömək edə bilməyəcəyimi düşünür. Mən bunu normal qarşılayıram. Əgər yığmaya köməyim dəyərsə, bunu canla-başla edərəm”.
Sözsüz ki, Starkovun ölkəmizdə çalışması Doroşevin də çağırılması ehtimalını artırır. Hər halda, Pavel Azərbaycanda oynayan bir sıra həmyerliləri kimi baş məşqçinin gözünün qabağında olacaq. Qapıçı bununla razılaşır: “Hər şey ilk növbədə özümdən asılıdır. Ötən ilin sonunda daha yaxşı oynayırdım, uzun müddət qol buraxmadım. “Bakı”ya 0:1 hesabı ilə uduzduğumuz ev oyununda qapımdan top buraxmadım, 10 dəfə komandamızı real qoldan xilas etdim. Yəni, həmin matçda yaxşı oyun nümayiş etdirmişdim. İndi isə yığma perspektivi haqda danışmaq tezdir. Son oyunlarda uğursuz çıxış edirik. Gərək əvvəlki formamı, oyun kondisiyalarını bərpa edim. “Altılığ”a qədər Azərbaycan kubokunda “Bakı” ilə oyunlarımız olacaq. Həmin görüşlərdə çıxışım Starkovun gözü qabağında olacaq və mənə qiymət verə bilər”.
Mehman SÜLEYMANOV

0
0