“Qalatasaray”ın futbolçusu “Dinamo”da
24.02.2011 - 18:13
“Qalatasaray” klubunun bosniyalı futbolçusu Zvezdan Misimoviç özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, millisinin 28 yaşlı yarımmüdafiəçisi Moskva “Dinamo”suna keçir.
Bir ara Rusiyanın digər Premyer Liqa təmsilçiləri – “Anji” və “Terek”ə transferi gündəmdə olan Misimoviç bu gün İtaliyaya yollanıb. O, Romada təlim-məşq toplanışında olan “Dinamo”nun həkimləri tərəfindən tibbi müayinədən keçib və həftəsonuna kimi transferi rəsmiləşəcək.
Misimoviçin agenti Fali Ramadani də moskvalıların marağını təsdiqləyib. O, müştərisinin “Qalatasaray”dan gedişinin əsas səbəbinin baş məşqçi Georgi Hacı ilə münaqişəsinin olduğunu, “Dinamo”ya keçidinin 3-4 günə reallaşacağını bildirib.
Qeyd edək ki, Zvezdanın transfer hüquqları hələ də keçmiş komandası “Volsfburq”a məxsusdur. Məsələ ondadır ki, almanlarla razılaşma zamanı legionerə görə tələb olunan məbləğin yalnız 1/3-ni – 2,5 milyon avro ödəyib. Tərəflər belə razılaşıb ki, əgər Türkiyə klubu qalan 5 milyon avronu cari mövsümün sonuna kimi ödəməzsə, Misimoviç “Volfsburq”a qayıdacaq. Futbolçu isə bunu qətiyyən istəmir. “Dinamo” indi danışıqları məhz almanlarla aparır ki, onlar da qarşı tərəfdən həmin 5 milyon avronu tələb edir.

0
0