Lopes: Bakıya mərhələ adlamaq üçün gəlmişik
24.02.2011 - 21:07
Lopes: Bakıya mərhələ adlamaq üçün gəlmişik
Bakıda futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələ oyunları start götürüb. Apasport.az saytının xəbərinə görə açılış oyununda Fransanı məğlub edən İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes 4:0 hesabıyla qələbə qazandıqları qarşılaşma barədə fikirlərini bildirib: “Oyuna nəzarət edən tərəf biz olduq. Rəqibdən daha üstün idik. Neçə dəfə çempion olmağımızdan asılı olmayaraq, biz bura mərhələ adlamaq üçün gəlmişik”.

Qeyd edək ki, son Avropa çempionu olan İspaniya yığması Fransanın qapısından 4 cavabsız top keçirib.