Pyer Jak: İspaniya və Azərbaycan favoritdir
24.02.2011 - 21:12
Pyer Jak: İspaniya və Azərbaycan favoritdir
“İspaniyaya qarşı oynamaq bizim üçün şərəfdir”. Apasport.az saytının xəbərinə görə, bunu Bakıda Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan Fransa yığmasının baş məşqçisi Pyer Jak deyib.

Fransızlar debüt matçında İspaniya yığmasına 0:4 hesabı ilə uduzub. Qarşılaşma barədə danışan Jak bildirib ki, komandası bu gün dünyanın ən güclü millisinə qarşı oynadı: “Böyük futbolda sözümüzü desək də, futzalda yeniyik. İspaniya və Azərbaycan qrupun favoritidir. Növbəti mərhələyə məhz bu komandalar yüksələcək”.