“Altılığ”a son vəsiqəni “Bakı” qazandı - YENİLƏNİB
25.02.2011 - 17:50
“Altılığ”a son vəsiqəni “Bakı” qazandı - YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinin son turuna start verilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” “Turan”dan ölkə kubokunda məğlubiyyətin əvəzini darmadağınla çıxdı. Çempionatda ardıcıl 7-ci qələbəsini qazanan ağdamlılar turnir cədvəlində 3-cü pilləyə yüksəldi. “Qarabağ” ən azı 2 gün orada qalaraq, “İnter”in büdrəməsini gözləyəcək. Son çempion evdə “Xəzər Lənkəran”a qalib gələ bilməsə, 4-cü pillədə qalacaq.

“Altılığ”a son vəsiqənin sahibi “Bakı” oldu. “Zolaqlılar”a buna nail olmaq üçün AZAL-la səfər oyununda uduzmamaq lazım idi. “Bakı”nın qazandığı 1 xal təsnifat mərhələsini 6-cı yerdə bitirdiyini rəsmiləşdirdi. “Qəbələ” fevralın 27-də evdə “Gəncə”yə qalib gəlsə belə, “altılıq”dan kənarda qalacaq. Çünki komandanın “Bakı” ilə xalları bərabər olsa da, şəxsi oyunların hər ikisində uduzduğundan, ondan geridə qalır. Növbəti qələbəsini autsayder üzərində minimal hesabla qazanan “Neftçi” təsnifat mərhələsinin qalibi olmaqla, “altılığ”a vahid lider kimi yollandı.

Qeyd edək ki, təsnifat mərhələsinə fevralın 27-də “Qəbələ” - “Gəncə”, “İnter” - “Xəzər Lənkəran” və “Simurq” – “Muğan” görüşləri ilə yekun vurulacaq.


25 fevral

"Qarabağ" - "Turan" - 5:1
QOLLAR: Elvin Məmmədov, 9; Georgi Adamiya, 10; 16; Rauf Əliyev, 53; Admir Teli, 90 - Fərmayıl Əliyev, 57
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0

AZAL - “Bakı” - 0:0
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 3:2

"Neftçi" - MOİK - 1:0
QOL: Flavinyo, 40
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 4:0

Turnir cədvəli

1

Neftçi

22

14

6

2

40-9

48

2

Xəzər Lənkəran

21

13

5

3

25-11

44

3

Qarabağ

22

13

3

6

30-14

42

4

İnter

21

12

4

5

23-13

40

5

AZAL

22

9

9

4

27-16

36

6

Bakı

22

9

6

7

28-21

33

7

Qəbələ

21

8

6

7

19-14

30

8

Muğan

21

6

6

9

13-23

24

9

Gəncə

21

5

8

8

23-27

23

10

Turan

22

3

6

13

17-35

15

11

Simurq

21

2

6

13

12-33

12

12

MOİK

22

1

3

18

6-47

6


Bombardir: Bahodir Nasimov ( Neftçi ) - 15