Azərbaycan yığması Peru ilə qarşılaşa bilər
25.02.2011 - 10:48
Azərbaycan yığması Peru ilə qarşılaşa bilər
Futbol üzrə Azərbaycan milli komandası Peru yığması ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı həmkarlarımız bu 2 komandanın martda yoldaşlıq oyunu keçirəcəyini iddia edir. Belə ki, Peru mətbuatı öz yığmalarının qarşıdakı ay rəqiblə 3 rəqiblə - Azərbaycan, Nigeriya və Cənubi Koreya ilə qarşılaşacağı haqda xəbərlər yayıb. Peru millisinin baş məşqçisi olan erməni əsilli uruqvaylı çalışdırıcı Serj Markaryan martın 20-də yetirmələrini Avropaya aparacaq.

Azərbaycan yığması isə martın 19-da Almaniyaya gedərək ayın 29-da baş tutacaq Belçika ilə oyunun hazırlıqlarını orda keçirəcək. Yoldaşlıq oyunları üçün ayrılan martın 25-i tarixinə isə yığmamızın rəqinbi yoxdur.

Qeyd edək ki, ötən il Peru Futbol Federasiyasının prezidenti Azərbaycana səfər edib AFFA rəhbərliyi ilə görüşmüşdü. Qarşıdakı matçın da həmin əməkdaşlıq çərçivəsində baş tutması mümkündür.