Mahir Şükürov Türkmənistandan üzgün qayıdır
25.02.2011 - 11:52
Mahir Şükürov Türkmənistandan üzgün qayıdır
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Türkmənistanda qələbəyə sevinə bilmədi. Apasport.az saytının məlumatına görə, Şükürovun yer aldığı Rusiyanın “Anji” klubunun gənclər heyəti Türkmənistanın paytaxtı Aşqabadda Prezident Kuboku uğrunda XVII Beynəlxalq Turnirdə uğursuz çıxış etdi. Mahaçqala təmsilçisi qrupda son oyunda Türkmənistanın “Altın Asır” klubuna 0:2 hesabı ilə uduzub. Bununla da 3 oyunda cəmi 1 xal toplayan “Anji” qrupda sonuncu yeri tutaraq, yarımfinala çıxa bilməyib. Hər üç görüşdə iştirak edən Mahir ilk dəfə 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Anji”nin gənclər heyəti yeni mövsümə hazırlıq çərçivəsində Türkmənistanda 2 yoxlama oyunu keçirərək, fevralın 28-də Mahaçqalaya qayıdacaq. Şükürovun oynadığı “Anji”nin əsas komandası martın 1-də evdə “Zenit”lə Rusiya kubokunda görüşə çıxacaq.