Mahir Şükürovun qarşısına sınıq əllə
25.02.2011 - 12:53
Rusiyanın “Zenit” klubunun futbolçusu Aleksandr Anyukov Avropa Liqasının 1/16 final mərhələsinin qəhrəmanına çevrilib. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisinin kapitanı İsveçrənin “Yanq Boyz” komandasına qarşı sınıq əllə mübarizə aparıb.
Oyunun 1-ci hissəsində zədələnən Anyukov özündə qüvvə taparaq matçı davam etdirə bilib: “Qorxulu 1 şey yoxdur. Bu ki, əlimdir ayağım deyil. Qaça bilirəm”.
Aleksandrın əlinin sınması isə sonradan müayinə zamanı məlum olub. İndi onun növbəti oyunlarda da oynaya biləcəyi gözlənilir. Belə ki, biləyinə sarğı qoyulacaq Anyukovun “Anji” klubuna qarşı matçda meydana çıxacağında problem görünmür.
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Mahir Şükürov Rusiyanın “Anji” klubunun şərəfini qoruyur.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0