“Ehtiyatda oturmaqdan bezmişəm”
25.02.2011 - 13:38
“Ehtiyatda oturmaqdan bezmişəm”
Türkiyə yığmasının futbolçusu Həmit Altıntop Almaniyanın “Bavariya” klubundakı durumundan narazıdır. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi Münhen təmsilçisinin meydanda keçirdiyi vaxtdan narazıdır. Frank Riberi ilə Aryen Robben zədələrini sağaldaraq, qayıdandan sonra Altıntop əsas heyətdə yerini itirib: “Əgər yaxın vaxtda vəziyyət dəyişməzsə, yayda “Bavariya”dan gedəcəyəm. Əgər hər şey yalnız məndən asılı olsaydı, tərəddüd etmədən komandanı tərk etməyə qərar verərdim. Bu, mənin üçün çətin qərardır. Ancaq ehtiyatda oturmaqdan bezmişəm”.

Qeyd edək ki, Bundesliqanın cari mövsümündə “Bavariya”nın heyətində 12 oyun keçirən Həmit 2 qol vurub.