Qapıçının beyni silkələndi
25.02.2011 - 14:02
Almaniyanın “Ştutqart” klubunun qapıçısı Mark Siqler xoşagəlməz hadisənin qurbanı olub. Apasport.az saytının məlumatına görə, futbolçu başından zədələnib. O, Avropa Liqasının 1/16 final mərhələsinin Portuqaliya “Benfika”sı ilə cavab oyunu zamanı xəsarət alıb. 1-ci hissənin sonlarında rəqib futbolçu Niklas Qaytanla toqquşan Mark yerə sərilib. Qapıçı elə həmin an dərhal həkimlərin nəzarəti altında xəstəxanaya çatdırılıb. Onun beyni silkələndiyi ehtimal olunur.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0