Milli komanda Avro-2012-nin seçmə mərhələsindən kənarlaşdırıla bilər
25.02.2011 - 14:59
UEFA Serbiya Futbol Federasiyasını cəzalandıra bilər. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platini serbiyalı prezidenti Boris Tadiçi milli komandasının Avro-2012-nin seçmə mərhələsini buraxmağı risk etdiyini xəbərdar edib. Bu, azarkeşlərin xuliqan hərəkətləri ilə bağlıdır və avrokuboklarda iştirak edən klublara da aiddir.
Ötən ilin oktyabrında İtaliya və Serbiya yığmalarının rəsmi oyunu 6-cı dəqiqədə serb fanatların xuliqan davranışlarına görə dayandırıldı. Serbiya millisi buna görə 0:3 hesablı texniki məğlubiyyət aldı. Nəticədə onlar növbəti rəsmi oyunlarını – martın 25-də İrlandiya ilə ev matçını azarkeşlərsiz keçirəcək.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0