Yığmamızın qapıçısı: Oyun zamanı psixoloji gərginlik var idi
25.02.2011 - 15:50
“Maraqlı oyun oldu. Qazaxıstanla görüşdə vacib olan qələbə qazanmaq idi ki, bunun öhdəsindən gəldik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal yığma komandasının qapıçısı Andrey Tveryankin deyib.
44 yaşlı milliləşən legioner milli komandamızın Bakı İdman Sarayında keçirilən 2012-ci il Avropa çempionatının əsas seçmə mərhələsinin qrup oyunları Qazaxıstan yığması üzərində inamlı qələbəsində (6:3) 3-4 real qol epizodunda yaxşı oynamaqla, qələbəyə töhfəsini verib. Tveryankin çətin qrupda yer aldıqlarını bildirib: “Çətin qrupda yer aldığımızı bilirik. Oyun zamanı psixoloji gərginlik var idi. Amma hesabda irəli keçdikdən sonra bunu tədricən aradan qaldırdıq”.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0