Çempionatımızda 23-cü dəfə, yaxud Georgi Adamiya 7 oğul arasında
25.02.2011 - 16:26
Çempionatımızda 23-cü dəfə, yaxud Georgi Adamiya 7 oğul arasında
Ağdamın “Qarabağ” klubunun gürcü futbolçusu Georgi Adamiya Azərbaycan Premyer Liqasının cari mövsümündə 2-ci dublunu etdi. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu yenə ev oyununda fərqləndi. Ancaq “Bakı” ilə görüşdə bunu Respublika stadionunda edən Adamiya bu dəfə Suraxanıdakı arenada 2 qol vurdu. Özü də onun indiki dublu çox tez, cəmi 7 dəqiqəyə oldu.

Bu, cari çempionatımızın rekordu olmasa da, ən yaxşı göstəricilərdən biridir. Georginin bu göstəricisi ilə “Qarabağ”ı rekorda daha da yaxınlaşdırdı. Belə ki, bu komandadan artıq 4-cü dəfə dubl edən olur. Onun yarısı Adamiya, yarısı isə digər hücumçu Rauf Əliyevə məxsusdur. Onlarla yanaşı, AZAL-dan Qvidas Yuşka ilə Zohair Benouahi, “Xəzər Lənkəran”dan Uinston Parks, “Neftçi”dən Bahodir Nasimov, “Qəbələ”dən Con Barton hərəyə 2 dəfə dubl ediblər. Ancaq dublların sayında AZAL-ın rekordu qırılmaz qalır. Belə ki, “təyyarəçilər” 5 dəfə buna nail olub. Ümumilikdə isə bu çempionatımızda artıq 23-cü dubl reallaşır.

Qeyd edək ki, cari mövsümdə ən erkən dubl “Bakı”nın braziliyalı yarımmüdafiəçisi Leonardo Roşaya (4 dəqiqə) məxsusdur.

I tur

MOİK – “Muğan” – 3:2
Anar Qasımov (“Muğan”)

“Bakı” – AZAL – 2:3
Jaba (“Bakı”), Qvidas Yuska (AZAL)

IV tur
“Simurq” – “Turan” – 2:2
Georgi Modebadze (“Turan”)

V tur
AZAL – “Simurq” – 2:1
Qvidas Yuska (AZAL)

“Xəzər Lənkəran” – MOİK – 3:0
Uinston Parks (“Xəzər Lənkəran”)

VI tur
MOİK – “Neftçi” – 0:4
Bahodir Nasimov (“Neftçi”)

VIII tur
MOİK – “Gəncə” – 0:5
Junivan Suares (“Gəncə”)

IX tur
“Gəncə” – “Xəzər Lənkəran” – 4:1
Sabir Allahquliyev (“Gəncə”)

AZAL – “İnter” – 5:0
Viktor İbekoyi (AZAL)

IV turdan təxirə salınan oyun
“Qarabağ” – “Bakı”- 2:0
Georgi Adamiya (“Qarabağ”)

XII tur
“Qarabağ” – MOİK – 3:0
Rauf Əliyev (“Qarabağ”)

“Gəncə” – “Bakı” – 1:3
Leonardo Roşa (“Bakı”)

XIII tur
“Muğan” – “Neftçi” – 0:3
Bahodir Nasimov

XIV tur
MOİK – “Bakı” – 0:4
Ernad Skuliç (“Bakı”)

“Xəzər Lənkəran” – “Muğan” – 2:0
Uinston Parks (“Xəzər Lənkəran”)

AZAL – “Qarabağ” – 2:0
Zohair Benouahi (AZAL)

XV tur
“Qəbələ” – “Simurq” – 4:0
Con Barton (“Qəbələ”)

“Turan” – AZAL – 1:2
Zohair Benouahi (AZAL)

XVI tur
MOİK – “Qəbələ” – 0:3
Con Barton (“Qəbələ”)

XIX tur
“Xəzər Lənkəran” – “Qarabağ” – 1:2
Rauf Əliyev (“Qarabağ”)

“Muğan” – AZAL – 3:1
Elşən Məmmədov (“Muğan”)

XXII tur
“Qarabağ” – “Turan” – 5:1
Georgi Adamiya (“Qarabağ”)

Mehman SÜLEYMANOV