Elvin Məmmədov: Tovuzdan Suraxanıyadək 527 günə
25.02.2011 - 16:47
Elvin Məmmədov: Tovuzdan Suraxanıyadək 527 günə
Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov uğursuzluq zolağından çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunda çıxış edən yarımmüdafiəçi Premyer Liqadakı qol həsrətinə son qoyub. Bu, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş verib.

Elvin yetirməsi olduğu “Turan”la bu gün keçirilən XXII turun matçında fərqlənməklə 527 günlük seriyasını qırıb. Məmmədov çempionatda son qolunu 2009-cu il sentyabrın 16-da vurmuşdu. Maraqlıdır ki, futbolçu onda da “Turan”ı məyus etmişdi. Həmin vaxt yarımmüdafiəçi 62-ci dəqiqədə fərqlənməklə komandasının qələbə qolunu vurmuşdu – 2:1.

“Qarabağ”la çempionatdakı qol hesabını Tovuzda açan Məmmədov növbəti uğurunu çox gözləməli olub. Belə ki, o, ölkə çempionatındakı son 46 matçda qol vura bilməmişdi.