“Bakı”dan “Qarabağ”adək və “Turan”ın 440 günü
25.02.2011 - 18:02
“Bakı”dan “Qarabağ”adək və “Turan”ın 440 günü
Tovuzun “Turan” klubu uzun fasilədən sonra ağır məğlubiyyətini aldı. Apasport.az saytının hesablamalarına görə, “Turan” 440 gündən sonra azı 4 top fərqi ilə uduzdu.

Bütün milli çempionatlarımızda iştirak edən komanda Premyer Liqamızın təsnifat mərhələsinin son turu çərçivəsində “Qarabağ”la bugünkü səfər görüşünədək (1:5) sonuncu ağır məğlubiyyətini 2007/08 mövsümündə “Bakı”dan almışdı. Onda da paytaxtda darmadağın olunan tovuzlular 2008-ci ilin noyabrın 22-də Tofiq Bəhramov adına Respublika keçirilən oyunda 0:7 hesabı ilə uduzmuşdu. Maraqlıdır ki, həmin vaxt da gürcü futbolçu “Turan”ın qapısına 2 qol vurub. Yəni “Bakı”dan yarımmüdafiəçi Amiran Muciri, bu dəfə isə “Qarabağ”ın hücumçusu Georgi Adamiya dubl etdi.

Bu, “Turan”ın cari mövsümdə 3-cü böyük hesablı məğlubiyyəti oldu. Komanda bunadək hər iki belə yenilgisini “İnter”dən, özü də eyni hesabla (0:3) almışdı.

Mehman SÜLEYMANOV
0