“Muğan” işini çətinə saldı
25.02.2011 - 18:18
Əvəzedici komandalar arasında Azərbaycan çempionatında XXII turun 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçlardan sonra daha 1 komanda ilk “altılığ”a vəsiqəni təmin edib. Bu, “Xəzər Lənkəran”ı məğlub edən “İnter” klubudur. Paytaxt təmsilçisi “Bakı”, “Turan”, “Qəbələ” və AZAL-ın ardınca buna nail olan 5-ci komanda olub.
Sonuncu vəsiqəyə isə “Muğan” iddia edirdi. Salyanlılar sonuncu pillədə olan və əvvəlki matçlarda cəmi 3 heç-heçə edib qalanlarında uduzan “Simurq”la qarşılaşmada 3 xal əldə etməliydi. Lakin “Muğan” futbolçuları səfərdə xal itirməklə özlərini çətin duruma salıb.
İndi salyanlıların taleyi öz əllərində deyil. “Altılıq” iddiası çoxdan tükənən MOİK və “Simurq”la qarşılaşacaq “Neftçi” 6 xal toplayacağı halda “Muğan” kənarda qalacaq. Əyalət təmsilçisi “ağ-qaralar”ın büdrəməsinə ümid etməyə məcburdur.
XXII tur
“İnter” - “Xəzər Lənkəran” - 1:0
“Qəbələ” - “Gəncə” - 2:0
“Simurq” - “Muğan” - 1:1

1 | Bakı | 22 | 15 | 4 | 3 | 54-14 | 49 |
2 | Turan | 22 | 14 | 3 | 5 | 38-20 | 45 |
3 | Qəbələ | 22 | 13 | 5 | 4 | 48-24 | 44 |
4 | AZAL | 22 | 11 | 7 | 4 | 32-18 | 40 |
5 | İnter | 22 | 9 | 7 | 6 | 38-32 | 34 |
6 | Muğan | 22 | 9 | 6 | 7 | 20-18 | 33 |
7 | Neftçi | 20 | 7 | 6 | 7 | 28-22 | 27 |
8 | Gəncə | 22 | 7 | 6 | 9 | 29-31 | 27 |
9 | MOİK | 21 | 5 | 6 | 10 | 23-36 | 21 |
10 | Qarabağ | 22 | 4 | 8 | 10 | 35-42 | 20 |
11 | Xəzər Lənkəran | 22 | 4 | 2 | 16 | 14-44 | 14 |
12 | Simurq | 21 | 0 | 4 | 17 | 15-73 | 4 |
0
0