Aleksandr Starkov: Futbolçularda psixoloji gərginlik hiss olunurdu
25.02.2011 - 19:12
Aleksandr Starkov: Futbolçularda psixoloji gərginlik hiss olunurdu
“Əsas məqsədimiz ilk “altılığa” düşmək idi. Qələbə qazana bilməsək də, heç-heçə edib buna nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Latviyalı mütəxəssis Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin son turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb: “Futbolçularda psixoloji gərginlik hiss olunurdu. Bir neçə qol vəziyyəti yaratdıq, lakin bunlardan lazımınca istifadə edə bilmədik. Oyunda üstün tərəf biz idik. Komandamı təbrik edirəm”.

Mənbə: pfl.az