Mahir Şükürovun komandasına Mahaçqalada oynamağa qadağa qoyuldu
26.02.2011 - 10:43
Mahir Şükürovun komandasına Mahaçqalada oynamağa qadağa qoyuldu
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov martın 1-də Mahaçqalada meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, Mahirin oynadığı Mahaçqalanın “Anji” klubu son çempion “Zenit”lə martın 1-də Rusiya kubokunun 1/8 final oyununu öz meydanına keçirə bilməyəcək. Bu, Rusiya Futbol İttifaqının çıxardığı qərardan sonra məlum olub. Səbəb Mahaçqaladakı “Dinamo” stadionunun meydançasının hazır vəziyyətdə olmamağıdır. Oyunun harada keçiriləcəyi bu gün həll olunacaq.
0