“Altılığ”ın ilk turu: Məlumlar və naməlumlar
26.02.2011 - 11:04
Azərbaycan Premyer Liqasının “altılıq” mərhələsinin ilk turunun cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 12-13-də keçiriləcək ilk turda “Bakı” “Neftçi”ni, AZAL “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu, həmin komandaların təsnifat mərhələsini turnir cədvəlində bitirdikləri yerlərə görədir. Düzdür, ilk mərhələ sabah keçiriləcək 3 oyunla yekunlaşacaq. Ancaq son tur bitməsinə qədər “Neftçi”nin 1-ci, “Xəzər Lənkəran”ın 2-ci, AZAL-ın 5-ci, “Bakı”nın 6-cı yerdə olması dəqiqləşib.
Sonuncu cütü isə “İnter”lə “Qarabağ” təşkil edir. Sadəcə, məsələ bu 2 komandanın təsnifat mərhələsini hansı yerdə bitirmələrindən gedir ki, buna hələ tam aydınlıq gəlməyib. Çünki “Qarabağ”ın 3-cü pillədə qalması sabah keçiriləcək “İnter” – “Xəzər Lənkəran” görüşünün nəticəsindən asılıdır. Əgər meydan sahibləri xal itirsə, 4-cü pillədə qalacaqlar. “İnter”in qələbəsi isə onu 3-cü pilləyə qaytaracaq ki, bu da “Qarabağ”ın yenidən 4-cü yerdə qərarlaşması deməkdir. Bu halda “Qarabağ” “altılığ”ın ilk turunda meydan sahibi, əks təqdirdə qonaq olacaq.
“Bakı” ilə “Neftçi” ilk dövrədə öz aralarındakı görüşlərdə eyni hesabla qalib gəliblər. Özü də onlar ev oyunlarını eyni arenada – Tofiq Bəhramov adına Respublika stadionunda keçirən paytaxt klubları səfərdə 2:0 hesablı qələbəyə seviniblər. AZAL “Xəzər Lənkəran”a evdə 0:1, səfərdə 1:2 hesabı ilə uduzub.
İkinci “altılığ”a gəlincə, burada da dəqiqləşməyən məqamlar var. Düzdür, Qəbələ”nin ilk mərhələni 7-ci, “Turan”ın 10-cu, “Simurq”un 11-ci, MOİK-in 12-ci yerdə bitirməsi artıq məlumdur. Buna əsasən ilk turda MOİK – “Qəbələ” oyunun olacağı dəqiqdir. Ancaq “Muğan”la “Gəncə”dən hansının 8-ci, hansının isə 9-cu pillədə yer alacağı hələlik bilinmir. “Muğan” “Gəncə”ni 1 xal qabaqlasa da, xalları bərabər olarsa, şəxsi oyunlara görə (evdə 1:1, səfərdə 0:3) ondan geri qalacaq.
Hər iki komanda son turda qonaq olacaq. Salyan klubun səfərdə “Simurq”a qalib gəlməsi “Gəncə”nin “Qəbələ”ni yenməsindən daha realdır. Ən azı ona görə ki, “Muğan” hazırda yüksəlişdədir və rəqibi zəifdir. “Gəncə” isə artıq uzun müddətdir nəinki qələbə qazanmır, hətta qol da vura bilmir. Üstəlik, Zaqatala ilə müqayisədə Qəbələdə qalib gəlmək daha çətindir. İlk mərhələ komandaların indiki yerlərinə uyğun yekunlaşarsa, ikinci “altılığ”ın I turunda “Simurq”la “Muğan” yenidən Zaqatalada görüşəcək, “Gəncə” isə yenə səfərə gedərək, bu dəfə “Turan”ın qonağı olacaq.
Mehman SÜLEYMANOV

0
0