Azərbaycanlı futbolçuya görə 2 milyon avro ödənildi
26.02.2011 - 11:29
Rusiyanın “Lokomotiv” klubu əslən azərbaycanlı olan futbolçu Aleksandr Əliyevə görə 2 milyon avro ödəyib. Apasport.az saytının məlumatına görə, moskvalılar həmin məbləği Kiyevin “Dinamo” klubunun hesabına köçürüblər. Klublar arasında razılığa görə, “Lokomotiv” yarımmüdafiəçinin keçidinə görə qalan 2 milyon avronu bu ilin avqustun 31-dək ödəməlidir.
Moskva klubunun prezidenti Olqa Smorodskaya müqavilə öhdəliklərini yerinə yetirdiklərini bildirib: “Hamısını söz verdiyimiz kimi etdik. Ancaq etiraf edirəm ki, Əliyevə niyə belə marağın olduğunu anlamıram. Milyonlara futbolçunun keçidinin pulunu hissə-hissə ödəyirlər. Ancaq onların ətrafında belə ajiotaj yoxdur”.
Qeyd edək ki, Yuri Syominin “Lokomotiv”in baş məşqçi postundan Kiyev “Dinamo”nun sükanı arxasına qayıdışından sonra Aleksandrın da dönüşü gözlənilir. Futbolçu isə zədədən sonra moskvalıların 2-ci və 3-cü təlim-məşq toplanışını buraxaraq, gənclər heyətində formasını saxlayır.

0
0