Bahodir Nasimov susur, Georgi Adamiya bombardir olur
26.02.2011 - 11:52
Azərbaycan Premyer Liqasının cari mövsümün bombardirlər siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun gürcü futbolçusu Georgi Adamiya siyahıda 2-ci yerə yüksəlib. 2005-ci ildən ölkəmizdə oynayan 30 yaşlı hücumçu son turda “Turan”la ev oyununda (5:1) etdiyi dublla təkcə komanda yoldaşı, ən çox qol vuran azərbaycanlı futbolçu Rauf Əliyevi yox, litvalı və braziliyalı həmkarlı – Qvidas Yuşka ilə Junivan Suaresi arxada qoyub. İndi Georgini lider – “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimovdan 5 top ayırır. Son oyunlarda rəqib qapısına yol tapa bilməyən Bahodir izləyicilərinin onunla fərqi azaltmasına imkan yaradır.
Georgi bu ilin bombardiri olması ilə öyünə bilər. Belə ki, hər 3 oyunda meydanı qolsuz tərk etməyən hücumçu 4 dəfə rəqib qapısına yol tapıb. Ancaq Adamiyanın bu qol seriyası cari mövsümün rekordu deyil. Çünki elə Nasimov də bu baxımdan da ən yüksək göstəriciyə imza atıb.
Qeyd edək ki, “Qarabağ”a qədər “Neftçi” və “Bakı”da oynamış Adamiya bu il fərqlənməsi ilə milli çempionatımızda qol vuran legionerlər arasında da 2-ci pilləyə yüksəldi. İndi onun hesabında 45 qol var. Georgi bombardir olmaq üçün həmyerlisi, ölkəmizdə oynayan ən yaxşı legionerlərdən olan, artıq xeyli müddətdir futbolçu karyerasını bitirən Badri Kvaratsxeliyanı qabaqlamalıdır. Bakının “Standard” klubunda əvvəl Kaxaber Sxadadzenin köməkçisi, onun gedişindən sonra isə baş məşqçisi işləmiş 46 yaşlı Kvaratsxeliya 71 qolla əlçatmazdır.
Azərbaycan Premyer Liqasının bombardirləri
1. Bahodir Nasimov ("Neftçi") - 15 qol
2. Georgi Adamiya ("Qarabağ") - 10
3. Junivan Suares ("Gəncə") - 9
4. Qvidas Yuska (AZAL) - 9
5. Rauf Əliyev ("Qarabağ") - 9
6. Deon Barton ("Qəbələ") - 7
7. Jaba ("Bakı") - 6
8. Rəşad Abdullayev ("Neftçi") - 6
9. Zohair Benouahi (AZAL) - 5
10. Baçana Sxadadze ("Simurq") - 5
11. Uinston Parks ("Xəzər Lənkəran") - 5
12. Sabir Allahquliyev ("Gəncə") - 5
13. Emil Mpenza ("Neftçi") - 5
Mehman SÜLEYMANOV

0
0