“Neftçi” cari mövsümdə 3-cü nailiyyətinə imza atdı
26.02.2011 - 12:13
Bakının “Neftçi” klubu Azərbaycan Premyer Liqasının cari mövsümündə 3-cü nailiyyətinə imza atdı. Apasport.az saytının hesablamalarına görə, Arif Əsədovun çalışdırdığı komanda əvvəlcə ilk dövrənin, ardından qış çempionu, nəhayət, indi isə təsnifat mərhələsinin qalibi oldu. Bu, “Neftçi”nin son turda evdə MOİK-ə qalib gəlməsindən sonra reallaşdı. İndi onun ən yaxın izləyicisi olan “Xəzər Lənkəran” sabah səfərdə “İnter”ə qalib gələrək, xal fərqini yenidən minimuma endirməli, liderliyi ələ keçirmək üçün “altılığ”a ümid etməlidir.
“Neftçi”nin bu uğuru ötən mövsümün ssenarisinin xatırladaraq, bunun təkrarlanmasını gündəmə gətirir. Məsələ ondadır ki, digər paytaxt təmsilçisi – “İnter” də ötən mövsüm hər iki dövrənin qalibi və qış çempionu oldu. “Altılıq”da “bankirlər” uğursuz çıxış edərək, 10 oyunun yalnız 2-də qalib gəlsə də, sonda çempion olmağı bacardı. İndi gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komanda turnir cədvəlində 4-cü pillədə olaraq, “Neftçi”dən 8 xal geri qalır. Düzdür, “İnter” sabah “Xəzər Lənkəran”ı yenərsə, 3-cü pilləyə qayıdaraq, liderlə xal fərqini yenidən 5-ə endirəcək.
Mehman SÜLEYMANOV

0
0