“Azərbaycan milli komandası layiqli qələbə qazandı”
26.02.2011 - 12:25
“İlk qarşılaşma ilə müqayisədə bu gün daha yaxşı oynadıq”. Apapsort.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib. Bakıda keçirilən Avropa çempionatının əsas seçmə mərhələsində ardıcıl 2-ci qələbəsini qazanan millimiz Fransaya 4:2 hesabı ilə qalib gəldi. Braziliyalı mütəxəssis ilk turda 6:3 hesabı ilə yendiyimiz Qazaxıstanla görüşlə müqayisədə oyundan daha çox razı qalıb: “Ümumilikdə, komandamın oyunundan razı qaldım. Artıq İspaniya ilə oyuna hazırlıq barədə düşünürük”.
Fransa yığmasının baş məşqçisi Pyer Jak isə nəticənin oyuna görə olduğunu bildirib: “Azərbaycan millisi layiqli qələbə qazandı. Əsas problemlərimizdən biri erkən qol buraxmağımız oldu. Futzalçılarımız gənc olduğundan, bu seçmə mərhələnin oyunları onlar üçün yaxşı təcrübədir”.
Mənbə: affa.az

0
0