“Bu yığma Azərbaycan millisinə də xeyli çətinlik yaşada biləcək”
26.02.2011 - 12:34
“Bu yığma Azərbaycan millisinə də xeyli çətinlik yaşada biləcək”
Qazaxıstanın futzal yığmasının baş məşqçisi Amirzan Mukanov Azərbaycan və İspaniya yığmalarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən Avropa çempionatının əsas seçmə mərhələsində əvvəlcə Azərbaycana 3:3, ardından İspaniyaya 0:5 hesabı ilə uduzan qazax çalışdırıcı ikinci oyunda daha çətin durumda olduqlarını bildirib. Mukanovun sözlərinə görə, son Avropa çempionu olan ispanlar bizdən sürətli oynayırlar: “İspaniya ilə oyun çox ağır oldu. Bu, yaxşı hazırlığa malik yığma komandadır. Düşünürəm ki, İspaniya seçmə mərhələnin son oyununda Azərbaycan millisinə də xeyli çətinlik yaşada biləcək”.

İspaniya yığmasının baş məşqçisi Joze Venansio Lopes Qazaxıstanla görüşdə üstünlüyə malik olduqlarını bildirib: “Yaratdığımız qol imkanlarından maksimum yararlana bildik. Bu gün uduzmasına baxmayaraq, gələcəkdə Qazaxıstan yığmasının daha yaxşı komanda olacağını düşünürəm”.

Mənbə: affa.az