“Terek”dən Ronaldoya 6 milyon avroluq təklif
26.02.2011 - 13:01
“Terek”dən Ronaldoya 6 milyon avroluq təklif
Rusiyanın “Terek” klubu braziliyalı Ronaldoya futbolçu karyerasını bərpa etməyi təklif edir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı məşqçi Şahin Diniyevin keçmiş komandası 35 yaşlı dünya çempionunu heyətində görmək istəyir. Məşhur Ruud Qulliti baş məşqçi postuna gətirən “Terek” tanınmış hücumçuya 18 ay müqavilə qarşılığına 6 milyon avroya yaxın məbləğ təklif edib. Əgər “Yekədiş” ləqəbli Ronaldo bunu qəbul edərsə, Rusiya Premyer Liqası tarixində ən yüksək ödənişli futbolçu olacaq.

Martın əvvəlində “Terek”in və Çeçenistan Respublikasının prezidenti olan Ramazan Kadırovun dostlarından ibarət yığma ilə 2002-ci ildə dünya çempionu olan Braziliya millisi arasında Qroznıda yoldaşlıq görüşü keçiriləcək. Kadırov və “Terek”in rəhbərliyi bu şansdan istifadə edərək, həmin oyuna gələcək Ronaldo ilə danışıqlar aparıb, onu bu təklifi qəbul etməyə inandırmağa çalışacaqlar.