Azərbaycan yığması rəsmən AÇ-nin final mərhələsində!
26.02.2011 - 13:36
Azərbaycan yığması rəsmən AÇ-nin final mərhələsində!
Azərbaycan futzal yığması Avropa çempionatının (AÇ) final mərhələsinə çıxmaq vəzifəsini yerinə yetirib. Apasport.az saytının məlumatına görə, qrupda hər 2 oyunda qalib gələn millimiz ən azı 2-ci yeri tutmasını rəsmiləşdirib. Artıq Qazaxıstan və Fransa yığmalarının 2-ci yerə də şansı qalmayıb.

Qrup qalibləri finala birbaşa vəsiqə qazanır ki, buna nail olmağımız çox çətindir. Çünki sabah son Avropa çempionu İspaniya yığmasına yalnız qalib gələcəyimiz halda, 1-ci yeri tutacağıq. İspanlar top fərqində bizdən yaxşı olduğundan, hətta qol da buraxmadığından, bərabərlik də işimizə yaramayacaq. Bir sözlə, möcüzə baş verməsə, 2-ci olacağımızla artıq barışmışıq.

Məlum olduğu kimi, hazırda digər 5 qrupda da əsas seçmə mərhələ oyunları keçirilir. 6 qrupda 2-ci yeri tutanlardan 5-i final mərhələsinə çıxacaq. Maraqlıdır, digər qruplarda vəziyyət necədir? Bunu təhlil edib, şanslarımızı dəyərləndirdikdə, vəsiqəni rəsmiləşdirməyimiz məlum olur.

2-ci qrupda da bizdəki kimi 1-ci yerin sahibi hələ rəsmiləşməsə də, orada 3 komanda final mərhələsinə çıxmaq şansını saxlayır. Düzdür, yüz faizli nəticə göstərən Rusiya böyük ehtimalla 1-ci olacaq və son turda Hollandiyaya uduzmayacaq. Serbiya Finlandiyaya qalib gəlsə belə, xalı 4 olacaq. Deməli, bu qrupda 2-ci yerin sahibinin yığmamızdan xalı az olacaq.

3-cü qrupdakı vəziyyət də işimizə lap yarayır. Çünki burada 2-ci yerin sahibinin xalının ən yaxşı halda 5 olacağını indidən deyə bilərik. Deməli, ən pis halda bu qrupun 2-cisindən xalımız çox olacaq və final mərhələsinə vəsiqə artıq bizimdir!

4-cü qrupda 3 komandanın final mərhələsinə şansı qalır və 2-ci yeri tutanın ən yaxşı halda, millimiz kimi 6 xalı olacaq. 5-ci qrupda da eyni vəziyyətin olduğunu deyə bilərik.

Nəhayət, 6-cı qrupda 2 komanda şansını saxlayır. Onlar, yəni İtaliya ilə Sloveniya son turda bir-biri ilə görüşəcək. İtalyanlara qrup qalibi olmaq üçün 1 xal da yetərlidir. Sloveniya qalib gələrsə, xalının sayını rəqibi ilə bərabərləşdirəcək və şəxsi oyunda üstünlüyə malik olacaq. Bu qrupda da 2-ci yeri tutanın xalı 6-dan çox olmayacaq.

Göründüyü kimi, şansları dəyərləndirəndə, 2-ci yeri tutanlar arasında kənarda qalanın 3-cü qrupdakı olduğunu görürük. Deməli, 2012-ci ildə AÇ-nin final mərhələsində iştirak edəcəyik. Bu isə futzal yığmamızın ardıcıl 2-ci dəfə belə uğura imza atması deməkdir. Azərbaycanla yanaşı, İspaniya, Portuqaliya və Xorvatiyanın ev sahibi kimi birbaşa qatıldığı final mərhələsində iştirakı dəqiqləşib.

Qeyd edək ki, millimiz ötən il Macarıstanda keçirilən final mərhələsində 4-cü yeri tutub.

2012-ci il Avropa çempionatının əsas seçmə mərhələ oyunları

1-ci qrup (ev sahibi Azərbaycan)

N

komanda

o

q

h

m

  t

f

x

1

İspaniya

2

2

0

0

9-0

+9

6

2

Azərbaycan

2

2

0

0

10-5

+5

6

3

Fransa

2

0

0

2

2-8

-6

0

4

Qazaxıstan

2

0

0

2

3-11

-8

0



Son tur: Fransa – Qazaxıstan, İspaniya – Azərbaycan


2-ci qrup (ev sahibi Hollandiya)

N

komanda

o

q

h

m

  t

f

x

1

Rusiya

2

2

0

0

8-1

+7

6

2

Hollandiya

2

1

1

0

8-5

+3

4

3

Serbiya

2

0

1

1

3-6

-3

1

4

Finlandiya

2

0

0

2

3-10

-7

0



Son tur: Finlandiya – Serbiya, Rusiya - Hollandiya

3-cü qrup (ev sahibi Polşa)

N

komanda

o

q

h

m

  t

f

x

1

Portuqaliya

2

2

0

0

8-2

+6

6

2

Polşa

2

0

2

0

4-4

 0

2

3

Makedoniya

2

0

1

1

3-5

-2

1

4

Belarus

2

0

1

1

3-7

-4

1



Son tur: Makedoniya – Belarus, Portuqaliya - Polşa

4-cü qrup (ev sahibi Rumıniya)

N

komanda

o

q

h

m

  t

f

x

1

Çexiya

2

2

0

0

9-6

+3

6

2

Slovakiya

2

1

0

1

9-10

-1

3

3

Rumıniya

2

1

0

1

8-7

 1

3

4

Norveç

2

0

0

2

4-7

-3

0



Son tur: Norveç – Slovakiya, Çexiya – Rumıniya

5-ci qrup (ev sahibi Ukrayna)

N

komanda

o

q

h

m

t

f

x

1

Ukrayna

2

2

0

0

16-6

+11

6

2

Türkiyə

2

1

0

1

5-14

 -9

3

3

Macarıstan

2

1

0

1

6-6

 0

3

4

Belçika

2

0

0

2

6-8

-2

0



Son tur: Türkiyə - Belçika, Macarıstan – Ukrayna

6-cı qrup (ev sahibi Sloveniya)

N

komanda

o

q

h

m

  t

f

x

1

İtaliya

2

2

0

0

10-1

+9

6

2

Sloveniya

2

2

0

0

9-4

+5

3

3

Latviya

2

0

0

2

4-10

-6

0

4

Bosniya və Herseqovina

2

0

0

2

1-9

-8

0



Son tur: Latviya – Bosniya və Herseqovina, İtaliya - Sloveniya

Mehman SÜLEYMANOV