Mahir Şükürov Qroznıya gedəsi oldu
26.02.2011 - 14:12
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubunun Rusiya kubokunun 1/8 final mərhələsində “Zenit”lə ev oyununu keçirəcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi martın 1-də rəqibini Qroznıda qəbul edəcək. Bu, “Terek”in ev oyunlarını keçirdiyi stadion olacaq. Oyun Bakı vaxtilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Rusiya Futbol İttifaqının çıxardığı qərara görə, “Anji”nin Mahaçqaladakı stadionunun meydançası hazır olmadığından, “Zenit”lə görüşünün orada keçirilməsinə qadağa qoyulub.
Qeyd edək ki, Rusiya Futbol İttifaqının çıxardığı qərara görə, “Anji”nin Mahaçqaladakı stadionunun meydançası hazır olmadığından, “Zenit”lə görüşünün orada keçirilməsinə qadağa qoyulub.
0
0