Millimizin oyunçusu Avropanın bombardirləri arasında - FOTO
26.02.2011 - 14:48
Azərbaycan futzal yığmasının oyunçusu Biro Jade Avropada 8-ci yerdədir. Apasport.az saytının məlumatına görə, 38 yaşlı milliləşən braziliyalı hücumçu vurduğu 4 qolla Avropa çempionatının əsas seçmə mərhələsində bombardirimizdir.
Jabe qrupda Qazaxıstan (6:3) və Fransa (4:2) ilə oyunlarımızın hərəsində 2 qol vurmaqla, qələbəyə töhfəsini verib. O, Avropanın ən sərrast futzqalçıları siyahısına başçılıq edən Makedoniya yığmasının oyunçusu Darko Ranqotov (7 qol) 3 top geri qalır.
Bironun qrupumuzun bombardirlərindən olduğunu da demək olar. Çünki onun kimi Fransa yığmasının oyunçusu David Le Butt 4 qol vurub və legionerimizdən 2 pillə geridədir. Yığmamızın digər milliləşən braziliyalı oyunçusu Serjaonun isə hesabında 3 qol var. Ukraynanın “Uraqan” klubunda Jade ilə birgə oynayan ucaboylu futzalçı siyahıda 21-dir.
Qeyd edək ki, Jade ötən il Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində bombardirlərindən biri “Qızıl buts”a qazandı.

0
0