Braziliya yığmasının futbolçusu azərbaycanlı ilə komanda yoldaşı olur
26.02.2011 - 15:23
Braziliya yığmasının futbolçusu azərbaycanlı ilə komanda yoldaşı olur
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov daha bir braziliyalı futbolçu ilə komanda yoldaşı bilər. Apasport.az saytının məlumatına görə, Mahirinin oynadığı Rusiyanın “Anji” klubu 25 yaşlı hücumçu Dieqo Tardellinin keçidində maraqlıdır.

“Anji” Juau Karlos, Roberto Karlos və Jusileunun ardınca növbəti braziliyalını transfer etməyə hazırlaşır.

“Atletiko Mineyro”da oynayan Dieqo “Flamenqo”, PSV, “San-Kaetano, “Betis”, “San-Paulo” klublarında da forma geyib. Tardelli Braziliya millisində 5 oyun keçirib.