Harun Camal: Azərbaycan peşəkarlıq baxımından Fransanı qabaqlayır
26.02.2011 - 16:06
“Bakıda hər şey əla təşkil edilib. Buna görə Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Fransa futzal yığma komandasının qapıçısı Harun Camal deyib.
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimizə də məğlub olan fransızlar (2:4) növbəti mərhələyə yüksəlmək şansını itirib. Camal Fransada futzalın hələ həvəskar səviyyədə olduğunu və buna görə Azərbaycandan xeyli geri qaldığını qeyd edib: “Sizdə hər şey peşəkar səviyyədədir. Fransada isə futzal hələ yarım həvəskardır. Ona görə də Azərbaycan yığması ilə qarşılaşma təcrübə baxımından bizim üçün əla şans oldu”.

0
0