Naci Şensoy Azərbaycanda ən ağır zərbəni aldı
26.02.2011 - 16:37
Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy Azərbaycanda ən ağır zərbəni aldı. Apasport.az saytının hesablamalarına görə, türkiyəli mütəxəssis 3 müxtəlif vaxtda çalışdığı ölkəmizdə ilk dəfə böyük hesabla uduzdu. Bu, Premyer Liqamızın son turunda – fevralın 25-də Ağdamın “Qarabağ”la klubuna Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı səfər oyununda 1:5 hesablı məğlubiyyətdən sonra reallaşdı.
Şensoy bunadək 2001/02, 2004/05, 2005/06 mövsümünün ilk yarısında “Turan”ı çalışdırsa da, nəinki çempionatımızda, ölkə kubokunda da böyük hesabla yenilməmişdi. Ancaq 53 yaşlı mütəxəssis qış fasiləsindən sonra qayıtdığı Tovuz klubunda ağır zərbə aldı. Bu da ilk növbədə onunla bağlıdır ki, “Turan” Şensoyun əvvəlki vaxtında iddialı olaraq mükafatlar uğrunda mübarizə aparırdısa, indi Premyer Liqada qalmağa çalışır. Qayıdışından sonra ilk oyunda paytaxtda MOİK-ə qalib gələn (2:0) Şensoy ardından Tovuzda “Bakı”ya 0:1 hesabı ilə uduzdu.
Qeyd edək ki, bu, “Turan”ın cari mövsümdə 3-cü böyük hesablı məğlubiyyəti oldu. Əvvəlki uğursuzluqlar Sakit Alıyev və gürcü Revaz Dzodzuaşvilinin baş məşqçiliyi dövründə olaraq, “İnter”ə 0:3 hesabı ilə nəticələnmişdi.
Mehman SÜLEYMANOV

0
0