Rizvan Fərzəliyev: İspaniya yığmasını məğlub edib, lider olmaq istəyirik
26.02.2011 - 17:12
Rizvan Fərzəliyev: İspaniya yığmasını məğlub edib, lider olmaq istəyirik
“Fransa yığması ilə oyunun birinci hissəsi çətin keçdi. Qol vurmaq baxımından çətinlik yaşadıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal komandasının kapitanı Rizvan Fərzəliyev deyib. 2012-ci il Avropa çempionatının final mərhələsinə gedən yolda Fransa səddini də aşan futzalçılarımız topların nisbətinə görə turnir cədvəlində İspaniyadan geridə alır. Rizvan ardıcıl iki qələbədən sonra millimizin sonuncu turdan asılı olmayaraq finala yüksəldiyini düşünür: “Digər qruplarda heç-heçələr qeydə alınıb. Ona görə də final mərhələsinə yüksəldiyimizi düşünürəm. İstədiyimiz nəticəni qazanmışıq”.

Kapitanın sözlərinə görə, son turda İspaniyaya qalib gəlib, lider kimi həlledici raunda çıxmaq istəyirlər: “İspaniyanı məğlub edib, lider kimi mərhələ adlamaq istəyirik. Onlara qarşı yüksək səviyyəli oyun göstərməyə çalışacağıq”.