Paytaxt klubunda qalmaqal: Futbolçu futbolçunu güllələdi
27.02.2011 - 12:13
Paytaxt klubunda qalmaqal: Futbolçu futbolçunu güllələdi
İngiltərənin “Çelsi” klubunda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının mlumatına göörə, londonluların müdafiəçisi Eşli Koul zarafat edərək komanda yoldaşına atəş açıb. Paytaxt təmsilçisinin bazasına 22 kalibrlik tüfəng gətirən Koul düşərgədə olan 24 yaşlı Tom Kauenlə zarafatlaşıb. Eşli tüfəngin doldurulmuş olduğunu bilməyərək soyunub-geyinmə otağında Tomla zarafata başlayıb. Birdən açılan atəş Kauenin yaralanması ilə nəticələnib. Hadisəni ört-basdır edən “Çelsi” rəhbərliyi polis çağırmağı lazım bilməyib. Klubun öz həkimləri Toma yardım ediblər.