Yığmamız İspaniya ilə bacarmadı - YENİLƏNİB
27.02.2011 - 22:28
Yığmamız İspaniya ilə bacarmadı - YENİLƏNİB
Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçiriləcək 1-ci qrupun qarşılaşmaları Avro-2012-yə vəsiqə baxımından formal xarakter daşıyıb. Belə ki, ilk 2 turda məğlub olan Fransa və Qazaxıstan yığmaları yalnız 3-cü yerin taleyini həll edib. Bu götüşdə də qazaxıstanlılar 2:0 hesabı ilə qalib gəliblər.

Günün son qarşılaşması isə artıq Xorvatiyaya vəsiqəni təmin edən Azərbaycan və İspaniya millilərinin dueli olub. Millimiz bu matçadək qol buraxmayan qitə çempionlarının qapısına 3 dəfə yol tapsa da darmadağından qaça bilməyib. Pireneylilər nəyə qadir olduğunu nümayiş etdirərək böyükhesablı qələbə ilə Avro-2012-y qrup qalibi kimi yüksəlib.

18:30. FRANSA - QAZAXISTAN - 0:2
QOLLAR: Süleymenov, 17, Hirəddin, 26-öz qapısına
Hakimlər: Sergey Drebujan (Ukrayna), Sergey Veliki (Azərbaycan), Tan Kresta (Çexiya)

FRANSA: Camel Arun, Stefan Basson (k), Kamel Amdud, Mustafa Kurar, İbrahim Səidi, David Le Bett, Parfe Mendi, Riad Karuni, Simohamed Balki, Faruk Byutt, Amza Hirəddin, David Vierra
Baş məşqçi: Pyer Jaki

Qazaxıstan: Qrigori Şamro, Serik Jamankulov, Nikolay Kazakov, Dinmukhambet Süleymenov (k), Nikolay Penqrin, Dauren Nurgojin, Çingiz Yesenamanov, Konstantin Peremişlin, Roman Şorin, Timur Murzabayev, Pavel Taku, Mixail Perşin, Aleksandr Dovqan
Baş məşqçi: Amircan Mukanov


21:00. AZƏRBAYCAN - İSPANİYA - 3:8
QOLLAR: KSerjao, 14, 19, Felipe, 33 - Kordeyro, 6, Ruiz, 8, 16, Lin, 20, Fernandao, 23, Torras, 27, Borxa, 30, Pola, 36
Hakimlər: Siviç Borut (Sloveniya), Yan Kresta (Çexiya), Sergey Velikiy (Rusiya),

AZƏRBAYCAN: Andrey Tveryankin, Serjao, Felipe, Rizvan Fərzəliyev (k), Biro Jade, Elnur Zamanov, Elvin Quliyev, Rüfət Balakişiyev, Zaur Farziyev, Tyaqo, Namik Məmmədkərimov, Vitali Borusov.
Baş məşqçi: Joze Alesio da Silva

İspaniya: Kristian, Ortiz, Pola, Torras, Fernandao, Luis Amado (k), Alvaro, Julio Cordeyro, Xose Ruiz, Borxa, Lin, Rafael Usín
Baş məşqçi: Xose Venansio Lopes

1

İspaniya

3

3

0

0

17-3

9

2

Azərbaycan

3

2

0

1

13-13

6

3

Qazxıstan

3

1

0

2

5-11

3

4

Fransa

3

0

0

3

2-10

0