Azərbaycanlı futbolçular qara düşdü
27.02.2011 - 13:05
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin bu gün başa çatmasında problem yaranıb. Apasport.az saytının məlumatına görə, “Simurq” – “Muğan” oyununun baş tutmasına çətin hava şəraiti mane olur. Zaqatalada yağan güclü qar üzündən saat 14:00-da başlamalı olan qarşılaşmanın vaxtı da dəyişdirilib. Belə ki, görüş 1 saat gec – 15:00-da başlamalıdır. Lakin qarın həmin vaxta qədər səngiməməsi daha böyük problem yarada bilər.
0
0