Yığmamızın futbolçusunun “Anji”də oynamasında problem yaranıb
27.02.2011 - 14:06
Azərbaycan milli komandasının sabiq futbolçusu Şamil Lahiyalovun Rusiyanın “Anji” klubuna keçidi həll olunmayıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi Dağıstan futbolunun yetirməsinə maraq göstərsə də hələ istəyinə çatmayıb. “Anji” rəhbərliyi hücumçunun transferi üçün əlindən gələni edir. Lakin 31 yaşlı Şamil Krasnodarın “Kuban” klubunun üzvü olaraq qalır. O, bu komandaya “Terek”lə müqaviləsi başa çatandan sonra azad agent statusu ilə keçib.
Qeyd edək ki, Azərbaycan yığmasının vitse-kapitanı Mahir Şükürovun şərəfini qoruduğu “Anji”nin maraq dairəsində olan Lahiyalov U-17 yığmamızda qardaşı Rəşidin sənədləri ilə oynayıb.
Qeyd edək ki, Azərbaycan yığmasının vitse-kapitanı Mahir Şükürovun şərəfini qoruduğu “Anji”nin maraq dairəsində olan Lahiyalov U-17 yığmamızda qardaşı Rəşidin sənədləri ilə oynayıb.
0
0