Ölkə çempionatında yeni rekord
27.02.2011 - 15:16
İspaniyanın “Barselona” klubu Primeranın rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, “Malyorka”ya 3:0 hesabı ilə qalib gələn kataloniyalılar ardıcıl 19-cu səfər oyununda xal qazanıb. Rəqib meydanlarındakı məğlubiyyətsiz oyunlar seriyasını “Valensiya” ilə növbəti səfər matçında 2-yə çatdırmaq niyyətində olan Xosep Qvardiolanın yetirmələri 30 illik rekorda şərik olublar.
Qeyd edək ki, Primeranın səfərdəki məğlubiyyətsizlik seriyası “Real-Sosyedad”a məxsusdur. Onlar 1980/81 mövsümündə 19 matç rəqib meydanında xal qazanmaqla çempion titulunu qazanmışdı.
Qeyd edək ki, Primeranın səfərdəki məğlubiyyətsizlik seriyası “Real-Sosyedad”a məxsusdur. Onlar 1980/81 mövsümündə 19 matç rəqib meydanında xal qazanmaqla çempion titulunu qazanmışdı.
0
0