“Təəssüf ki, səhvlərə yol verdik”
27.02.2011 - 21:29
“Təəssüf ki, səhvlərə yol verdik”
“Çətin oyun oldu. Heç-heçə edə bilərdik. Təəssüf ki, səhvlərə yol verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Pyer Jak deyib.

O, futzal üzrə avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən 1-ci qrupunun son turu haqda fikirlərini açıqlayıb: “Bunun nəticəsində qol buraxdıq. Üç epizodda isə əlverişli vəziyyətdən istifadə edə bilmədik”.

Qazaxıstan millisinin baş məşqçisi Amirzan Mukanov 2:0 hesablı qələbənin sirrini açıqlayıb: “Oyun çətin keçdi. Rəqibi yaxşı təhlil etmişdik. Layiqli qələbə qazandıq”.

Mənbə: affa.az