Aleksandr Çertoqanov: Hər şey bizim əlimizdədir
27.02.2011 - 22:31
“İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, milliləşən legioner “Xəzər-Lənkəran”la oyun haqda fikirlərini açıqlayıb.
- Aleksandr, məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Oyuna köklənmişdik, qalib gəlməyimizi çox istəyirdik. İlk dəqiqələrdən hücum barədə düşünürdük, lakin müdafiədə hər iki səhv kədərli nəticələrlə yekunlaşdı. Nəticədə rəqib iki top fərqilə irəli çıxdı ki, bu da ona öz sahəsində qapanmağa imkan verdi. Biz “Xəzər-Lənkəran”ın müdafiəsini laxlatmaq üçün əlimizdən gələni etdik, ancaq rəqib uğurla müdafiə olundu. Qol vəziyyətlərimiz yaranan zaman isə realizə edə bilmədik.
- “Xəzər-Lənkəran”ın elə xüsusi üstünlüyü yox idi. Sadəcə, onlar, sizin dediyiniz kimi “İnter”in səhvlərindən istifadə etdilər...
- Bu gün onlar daha şanslı idilər, bizim səhvlərimizdən istifadə etdilər. Bütün bunlar onların qapıçılarının yaxşı oynamasıyla birlikdə oyunun gedişatını “Xəzər-Lənkəran”ın xeyrinə dəyişdi. Vəziyyətlərdə biz pis oynamadıq, kombinasiyalar qurduq, lakin qarşılaşmanın ssenarisini dəyişmək mümkün olmadı. Futbol belədir, onda hər zaman qalib gəlmək alınmır.
- Bu oyunla çempionatın birinci hissəsi başa çatdı. “İnter” ilk “altılığa” 4-cü yerlə yaxınlaşdı...
- Bu barədə xüsusi düşünmürük. Hər şey bizim əlimizdədir.

0
0