“Altılıq” “Böyük oyun”la yekunlaşacaq
28.02.2011 - 10:31
“Altılıq” “Böyük oyun”la yekunlaşacaq
Azərbaycan Premyer Liqasında final mərhələsinin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsinin axırıncı turundan sonra bütün qaranlıq mətləblərə aydınlıq gəldi. Məlum oldu ki, “İnter” evdə “Xəzər Lənkəran”ı uduzmaqla, 4-cü pillədə qaldı və “altılığ”ın ilk turunda “Qarabağ”la qəbul edəcək. Gözlənildiyi kimi, “Muğan” 8-ci pillədə qaldığından, ardıcıl 2-ci oyun Zaqatalanın “Simurq” klubunun qonağı olacaq.

İlk “altılığ”ın artıq 2-ci turunda “Neftçi” – “Xəzər Lənkəran” derbisi keçiriləcək. Özü də ənənə qırılmayacaq və yenə ilk olaraq lənkəranlılar meydan sahibi olacaq. Maraqlıdır ki, “Böyük oyun”un iştirakçıları təqvimə görə 3 həftədə 3 dəfə görüşəcəklər. “Neftçi” ilə “Xəzər Lənkəran” altılığ”adək ölkə kubokunda münasibətlərini ayırd edəcəklər. Ən maraqlısı odur ki, cari çempionatımız da bu prinsipial rəqiblərin görüşü ilə yekunlaşacaq. Məhz “Neftçi” ilə “Xəzər Lənkəran”ın çempionluğa ən iddialılar olduğunu nəzərə alsaq, qızıl medalların taleyinə elə son turda komandaların öz aralarındakı oyununda aydınlıq gələ bilər.


Final mərhələsi

XXIII tur
12-13 mart (şənbə, bazar)

1-6-cı yerlər
“Bakı” – “Neftçi”
AZAL – “Xəzər Lənkəran”
“İnter” – “Qarabağ”

7-12-ci yerlər
MOİK – “Qəbələ”
“Simurq” – “Muğan”
“Turan” – “Gəncə”

XXIV tur
18-19 mart (cümə, şənbə)

1-6-cı yerlər
“İnter” – “Bakı”
“Qarabağ” – AZAL
“Xəzər Lənkəran” – “Neftçi”

7-12-ci yerlər
“Turan” – MOİK
“Gəncə” – “Simurq”
“Muğan” – “Qəbələ”

29 mart (çərşənbə axşamı)

Avropa çempionatının seçmə oyunu
Belçika – Azərbaycan

XXV tur
2-3 aprel (şənbə, bazar)

1-6-cı yerlər
“Bakı” – “Xəzər Lənkəran”
“Neftçi” – “Qarabağ”
AZAL – “İnter”

7-12-ci yerlər
MOİK – “Muğan”
“Qəbələ” – “Gəncə”
“Simurq” – “Turan”

6 aprel (çərşənbə)
Ehtiyat gün

XXVI tur
9-10 aprel (şənbə, bazar)

1-6-cı yerlər
AZAL – “Bakı”
“İnter” – “Neftçi”
“Qarabağ” – “Xəzər Lənkəran”

7-12-ci yerlər
“Simurq” – MOİK
“Turan” – “Qəbələ”
“Gəncə” – “Muğan”

XXVII tur
16-17 aprel (şənbə, bazar)

1-6-cı yerlər
“Bakı” – “Qarabağ”
“Xəzər Lənkəran” – “İnter”
“Neftçi” – AZAL

7-12-ci yerlər
MOİK – “Gəncə”
“Muğan” – “Turan”
“Qəbələ” – “Simurq”

XXVIII tur
23-24 aprel (şənbə, bazar)

1-6-cı yerlər
“Neftçi” – “Bakı”
“Xəzər Lənkəran” – AZAL
“Qarabağ” – “İnter”

7-12-ci yerlər
“Qəbələ” – MOİK
“Muğan” – “Simurq”
“Gəncə” – “Turan”

27 aprel (çərşənbə)
NBC Bank Azərbaycan Kuboku 1/2 final

XXIX tur
30 aprel – 1 may (şənbə, bazar)

1-6-cı yerlər
“Qarabağ” – “Bakı”
“İnter” – “Xəzər Lənkəran”
AZAL – “Neftçi”

7-12-ci yerlər
“Muğan” - MOİK
“Turan” – “Qəbələ”
“Simurq” – “Gəncə”

4 may (çərşənbə)
NBC Bank Azərbaycan Kuboku 1/2 final

XXX tur
7 – 8 may (şənbə, bazar)

1-6-cı yerlər
“Bakı” – AZAL
“Neftçi” – “İnter”
“Xəzər Lənkəran” – “Qarabağ”

7-12-ci yerlər
MOİK – “Simurq”
“Qəbələ” – “Turan”
“Muğan” – “Gəncə”

XXXI tur
12 – 13 may (cümə axşamı, cümə)

1-6-cı yerlər
“Xəzər Lənkəran” – “Bakı”
“Qarabağ” – “Bakı”
“İnter” – AZAL

7-12-ci yerlər
“Muğan” – MOİK
“Gəncə” – “Qəbələ”
“Turan” – “Simurq”

XXXII tur
18 – 19 may (çərşənbə, cümə axşamı)

1-6-cı yerlər
“Bakı” – “İnter”
AZAL – “Qarabağ”
“Neftçi” – “Xəzər Lənkəran”

7-12-ci yerlər
“Gəncə” – MOİK
“Turan” – “Muğan”
“Simurq” – “Qəbələ”

NBC Bank Azərbaycan kubokunun finalı
24 may (çərşənbə axşamı)

Mehman SÜLEYMANOV