Serjao Avropa üçüncüsüdür!
28.02.2011 - 11:46
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı assistentlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ 4 oyunçu başçılıq edir.
Albaniyalı Roald Halimi, ukraynalı Sergey Çepornyuk, finlandiyalı Yuha-Pekka Torvinen və portuqaliyalı Joel Keyruş hərəyə 4 məhsuldar ötürmə veriblər. Onları izləyən 13 futzalçının hesabında isə 3 assistentlik var. Azərbaycan millisinin lideri olan Serjao da 5-17-ci yerləri bölüşənlər sırasındadır.
Yığmamızın braziliyalı legioneri vurduğu 5 qolla da qitənin ən yaxşı 20 bombardiri arasında idi. Bu isə o deməkdir ki, Serjao “qol+ötürmə” nominasiyasında 8 xal yığıb. Bu isə Avropada 2-ci göstəricidir. Lakin 3 futzalçı 8 xal topladığından, qol sayı cənubi amerikalını 3-cü pillədə qərarlaşdırıb.
1.Cihan Özcan (Türkiyə) – 10 (8 qol+2 ötürmə)
2. Darko Ranqotov (Makedoniya) – 8 (8+0)
3. Serjao (Azərbaycan) – 8 (5+3)
4. Sergey Çepornyuk (Ukrayna) – 8 (4+4)

0
0