Həm lider, həm rekordçu!
28.02.2011 - 12:19
Həm lider, həm rekordçu!
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsində 21 böyük hesablı qələbə qeydə alınıb. Apasport.az saytının hesablamalarına görə, “altılığ”a vahid lider kimi çıxan “Neftçi” 6 darmadağın rəsmiləşdirməklə, bu göstəricidə də 1-ci oldu.

“Ağ-qaralar” “Gəncə” və “Simurq”u hər iki dövrədə böyük hesabla yenib. “Neftçi”nin ən yaxın izləyicisi olan “Qarabağ” 4 böyük hesablı qələbəsindən ilk üçünü 3:0-la qazanıb.

“Altılığ”a düşməyən “Gəncə” və “Qəbələ”nin böyük hesablı qələbələri medallar uğrunda mübarizə aparan 3 komandadan çox olması ilə diqqət çəkir. Gəncəlilərin xüsusilə evdə “Xəzər Lənkəran”ı 4:1 hesabı ilə yenməsi böyük əks-səda doğurdu. Bu, lənkəranlıların cari mövsümdə, onun rumıniyalı baş məşqçisi Mirça Rednikin ölkəmizdə ilk məğlubiyyəti oldu.

Ancaq “Gəncə” 3 dəfə böyük hesabla qalib gəlibsə, bir o qədər də böyük hesabla yenilib. Bu baxımdan antirekord MOİK-ə məxsusdur. Bu azmış kimi, “hərbçilər” 7 dəfə böyük hesabla uduzduğu oyunlarda qol da vura bilməyib. “Neftçi”nin 1-ci, MOİK 12-ci yerdə olduğunu nəzərə alsaq, onların müvafiq olaraq böyük hesablı qələbələr və məğlubiyyətlərdə liderliyi qanunauyğundur.


Azərbaycan Premyer Liqasının təsnifat mərhələsində böyük hesablı qələbələr

1. “Turan” – “İnter” – 0:3
2. “Neftçi” – “Simurq” – 4:0
3. “Xəzər Lənkəran” – MOİK – 3:0
4. MOİK – “Neftçi” – 0:4
5. “Qarabağ” – “Gəncə” – 3:0
6. MOİK – “Gəncə” – 0:5
7. AZAL – “İnter” – 5:0
8. “Gəncə” – “Xəzər Lənkəran” – 4:1
9. “Neftçi” – “Gəncə” – 6:2
10. “Qarabağ” – MOİK – 3:0
11. “Muğan” – “Neftçi” – 0:3
12. “İnter” – “Turan” – 3:0
13. MOİK – “Bakı” – 0:4
14. “Qəbələ” – “Simurq” – 4:0
15. MOİK – “Qəbələ” – 0:3
16. “Gəncə” – “Muğan” – 3:0
17. “Gəncə” – “Neftçi” – 0:4
18. “Qarabağ” – “Qəbələ” – 3:0
19. MOİK – “İnter” – 0:4
20. “Simurq” – “Neftçi” – 0:3
21. “Qarabağ” – “Turan” – 5:1

Ən çox böyük hesabla qalib gələnlər

1. “Neftçi” – 6 dəfə (topların fərqi 24-2)
2. “Qarabağ” – 4 (14-1)
3. “Gəncə” - 3 (12-1)
4. “İnter” – 3 (10-0)
5. “Qəbələ” – 2 (7-0)
6. AZAL – 1 (5-0)
7. “Bakı” – 1 (4-0)
8. “Xəzər Lənkəran” – 1 (3-0)

Ən çox böyük hesabla uduzanlar

1. MOİK – 7 dəfə (0-26)
2. “Simurq” – 3 (0-11)
3. “Turan” – 3 (1-11)
4. “Gəncə” – 3 (2-11)
5. “Muğan” – 2 (0-6)
6. “Qəbələ” – 1 (0-3)
7. “İnter” – 1 (0-5)
8. “Xəzər Lənkəran” – 1 (1-4)

Mehman SÜLEYMANOV
0